BMT-dən Rusiyaya ittiham: Daxildə repressiya, xaricdə təcavüz


Rusiya repressiyalardan həm Ukraynaya qarşı müharibədə, həm də xaricdəki tənqidçilərini təqib etmək üçün dövlət quruculuğunun adi vasitəsi kimi istifadə edir.

Turkustan.az xəbər verir ki, bunu BMT-nin Rusiyada insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Mariana Katsarova BMT Baş Assambleyasına hesabatını təqdim edərkən bildirib.

Katsarovanın sözlərinə görə, Rusiya hakimiyyəti milli təhlükəsizlik ritorikasından insan hüquqlarının müdafiəsini təhdid kimi təqdim etmək və müxtəlif qruplara qarşı təzyiqləri əsaslandırmaq üçün istifadə edir.

O bildirib ki, insan hüquqları müdafiəçiləri, jurnalistlər, vəkillər, yerli xalqların nümayəndələri, LGBT icmasının üzvləri və müharibə əleyhinə fəallar “Vətən xainləri” kimi damğalanır və cəzalandırılmalı şəxslər kimi təqdim edilirlər.

“Daxildə repressiya xaricdə təcavüzə qoyulan məhdudiyyətləri aradan qaldırdı. İndi müharibə daxildə artan repressiyanı haqlı çıxarır. Daxildə repressiya və xaricdə təcavüz bir siyasətdir. Transmilli repressiya onların kəsişdiyi nöqtədir”, – deyə, Katsarova vurğulayıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ