Siqareti tərgitməyin üç əlverişli yolu açıqlandı


Pulmonoloq Eli Fiss siqareti tərgitməyin üç əlverişli yolunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə o, "Metropoles" nəşrinə müsahibəsində danışıb.

Fiss qeyd edib ki, statistik məlumatlara əsasən, siqareti tərgitmək istəyənlərin 70 faizi bunu sərbəst şəkildə, öz gücləri ilə edirlər. Onlar gündəlik siqaret sayını tədricən azaldır, siqaret çəkmə intervalını isə uzadırlar.

Bununla belə, həkimin sözlərinə görə, bəzi insanların siqaret asılılığı ilə mübarizədə əlavə dəstəyə ehtiyacı var. Belə hallarda nikotin plastırlarından və ya saqqızlardan istifadə etmək mümkündür. Bundan əlavə, Fiss koqnitiv-davranış terapiyası üçün psixoloqa müraciət etməyi də tövsiyə edib.

Eli Fiss həmçinin əlavə edib ki, siqareti tərgitməyə kömək edən dərmanlar da mövcuddur, lakin onun fikrincə, bu vasitələr son çıxış yolu kimi nəzərdən keçirilməlidir. /Oxu.az/


MANŞET XƏBƏRLƏRİ