Bu şəxsləri işdən qovan müdirlər 5 minədək cərimə olunacaq


Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir.

Turkustan.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsdən qisas almaq məqsədilə ona tənbeh tətbiq edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə, vəzifədən azad edilməsinə, başqa işə keçirilməsinə, əməkhaqqıdan qanunsuz tutulmalar aparılmasına, vəzifədə irəli çəkilməsinə və ya həvəsləndirilməsinə maneçilik törədilməsinə, mənfi xarakterizə edilməsinə və digər bu cür tədbirlərin tətbiqinə görə üç min manatdan beş min manatadək məbləğdə cərimə olunacaq.


MANŞET XƏBƏRLƏRİ