Apple şirkəti Duo seriyasını dəyişdirmək qərarına gəldi


Apple ötən həftə satışa çıxardığı ilk qatlanan telefonu iPhone Duo-nun ekranlarında yaranan problemlə bağlı cihazları dəyişdirəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, qiyməti 2668 dollardan başlayan telefonun ekranındakı nasazlıqlar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə paylaşılan fotolarda cihazların ekranlarında xətlərin yarandığı görünür. Bəzi istifadəçilər ekranın qatlanan hissəsi boyunca çatların əmələ gəldiyini, digərləri isə telefonu yandırarkən xırıltı səsi eşitdiklərini bildiriblər.

Şirkət az sayda cihazın daxili ekranında problem yarandığını təsdiqləyib. Apple nasazlıqdan təsirlənən istifadəçiləri cihazların dəyişdirilməsi üçün şirkətlə əlaqə saxlamağa çağırıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ