Səudiyyəyə qarşı "Epşteyn" strategiyası: Raket hücumlarının pərdəarxası


Yəməndə İran tərəfindən dəstəklənən Husi üsyançıları ilə Səudiyyə Ərəbistanı arasında gərginlik raket və pilotsuz uçuş aparatı (PUA) hücumları ilə yenidən pik həddə çatıb.

Turkustan.az xəbər verir ki, lakin bu qarşıdurmanın pərdəarxasında təkcə hərbi həmlələr deyil, həm də diqqətçəkən siyasi strategiya dayanır.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ölkənin şərq bölgəsinə atılan üç ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini, cənub sərhədində isə 4 dronun vurulduğunu açıqlayıb.

Bölgədə hərbi fəaliyyətlər intensivləşərkən, Husilərin Ər-Riyad administrasiyasına karşı apardığı mübarizə yeni ölçü qazanır. Müxalif tərəf Səudiyyə Ərəbistanını təkcə hərbi hücumlarla deyil, həm də beynəlxalq müzakirələrdən istifadə edərək siyasi ritorika ilə hədəf alır.

Husilər son təbliğat kampaniyalarının mərkəzinə qlobal miqyasda böyük rezonans doğuran və Səudiyyə hökuməti ilə ilişkiləndirilən bir adı — Ceffri Epşteyn amilini çıxarıblar. Bu qeyri-adi gedişat Husilərin beynəlxalq gündəmdən öz xeyirlərinə istifadə etmək və Ər-Riyadı diplomatik müstəvidə də sıxışdırmaq strategiyasının tərkib hissəsi kimi dəyərləndirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ