İsrailin Serbiyanın paytaxtı Belqraddakı səfirliyinə gecə saatlarında hücum cəhdi edilib.
Turkustan.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin açıqlamasına görə, hücum cəhdi uğursuz olub. Hücum edən şəxs Serbiya polisi tərəfindən zərərsizləşdirilib. Hadisə zamanı səfirlik bağlı olduğundan heç bir İsrail əməkdaşı xəsarət almayıb.
Serbiya polisi isə Belqraddakı İsrail səfirliyinin qarşısında mühafizəçilərə bıçaqla hücum etməyə cəhd edən naməlum şəxsin öldürüldüyünü bildirib.
Hadisə zamanı səfirliyin qarşısında xidmət aparan mühafizəçilərdən biri yüngül xəsarət alıb.
Aytən Yaşar/Turkustan.az