Mütəxəssislər 23 növ pivəni test ediblər və nümunələrin 95%-ində PFAS adlı uzunmüddətli kimyəvi maddənin təhlükəli miqdarda olduğu aşkarlanıb.
Turkustan.az xəbər verir ki, bu maddələr orqanizmdən heç vaxt xaric olunmur, xərçəng, sonsuzluq, həmçinin böyrəklərin və qalxanabənzər vəzinin fəaliyyətində pozğunluqlara səbəb olur.
Ekspertlərin bildirdiyinə görə, bu kimyəvi maddələr istehsal prosesi zamanı birbaşa pivəyə düşür. Çünki bir çox pivə zavodları qənaət məqsədilə bu maddələrin təmizlənməsi üçün filtrasiya sistemləri quraşdırmır. /Musavat.com/