Netanyahu Türkiyə ilə mümkün müharibə haqda: Trampla fikir ayrılığımız var


İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün toqquşma və ABŞ prezidenti Donald Trampla bu məsələdə yaşadığı fikir ayrılığı barədə açıqlama verib.

Turkustan.az xəbər verir ki, Netanyahu Təl-Əvivdə keçirdiyi mətbuat konfransında İsrailin yeni təhlükəsizlik strategiyasından danışıb.

O bildirib ki, ölkə bundan sonra məhdudlaşdırma siyasətindən qabaqlayıcı tədbirlər və birbaşa hücum strategiyasına keçəcək. Baş nazir müdafiə büdcəsinin də sürətlə artırılmasının vacibliyini vurğulayıb.

Türkiyə ilə mümkün toqquşma barədə danışan Netanyahu Donald Trampla bu məsələdə fikir ayrılıqlarının olduğunu bildirib. “Trampın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla yaxın münasibətləri var. O, ABŞ haqqında düşünərkən mən İsrail haqqında düşünməliyəm. Türkiyə məsələsində fikir ayrılığımız var”, - deyə Netanyahu qeyd edib.

İsrailin Türkiyə ilə birbaşa toqquşmaya hazır olub-olmadığı barədə danışan baş nazir Suriyanın şimalında Türkiyənin nüfuzunu genişləndirəcəyinə dair məlumat aldıqlarını və bunun qarşısını almaq üçün hərəkətə keçdiklərini iddia edib.

“Xoşbəxtlikdən, toqquşma həddinə gəlib çatmamışıq. Ümid edirəm ki, Türkiyə ilə birbaşa toqquşmaya girmərik. Ən azı mən bunun qarşısını almaq üçün çalışıram”, - Netanyahu bildirib.

O, İsrailin regional ittifaqlar da daxil olmaqla, müxtəlif variantları nəzərdən keçirdiyini və mümkün ssenarilərə hazırlaşdığını da əlavə edib.,publika.az


MANŞET XƏBƏRLƏRİ