Braziliyada seçki yarışı qızışdı: Namizədlər üz-üzə gəldi


Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və onun rəqibi Flavio Bolsonaro oktyabrın 25-də keçiriləcək prezident seçkilərinin ikinci turu ərəfəsində ilk dəfə canlı televiziya debatında üz-üzə gəliblər.

Turkustan.az xəbər verir ki, təxminən iki saat davam edən müzakirələr zamanı namizədlər bir-birinə qarşı sərt ittihamlar səsləndiriblər.

Gərgin keçən debat zamanı tərəflər bir-birini tənqid edib, sərt ifadələr işlədiblər. İlk turda Bolsonaro səslərin 47 faizini, Lula isə 45 faizini qazanıb. Son sorğular isə tərəflər arasında mübarizənin olduqca gərgin keçdiyini göstərib.

Bolsonaro Lulanın hakimiyyətdən uzaqlaşdırılmasının və korrupsiya ilə mübarizənin Braziliya iqtisadiyyatının bərpasına şərait yaradacağını iddia edib.

80 yaşlı Lula isə öz növbəsində hakimiyyəti dövründə əldə olunan nəticələri və həyata keçirilən sosial rifah proqramlarını müdafiə edib.

Seçkilərin nəticəsi Latın Amerikasının ən böyük iqtisadiyyatına və 214 milyon əhalisi olan Braziliyaya kimin rəhbərlik edəcəyini müəyyənləşdirəcək.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ