"Küləkli hava şəraiti sabah gündüz saatlarında tədricən zəifləyəcək".
Turkustan.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

"Hazırda Bakıda və Abşeron yarımadasında hökm sürən küləkli hava şəraitinin oktyabrın 20-ci gündüz saatlarınadək davam edəcəyi proqnozlaşdırılır. Havanın maksimal temperaturunun 20-23 dərəcə isti olacağı gözlənilir", - deyə G.Məmmədova bildirib./oxu.az