Tramp Rusiyaya sanksiyaları niyə dayandırdı? -Səbəbini bu cümlə ilə özü açıqladı


ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təxirə salmaq qərarını müdafiə edib. O bildirib ki, məqsədi Moskvanı Ukrayna ilə müharibənin dayandırılması üzrə danışıqlarda saxlamaqdır.

“Mən Rusiya ilə Ukrayna arasındakı müharibənin sülh yolu ilə başa çatması üçün danışıqlar aparıram və Rusiyanı ağılsızcasına danışıqlar masasından uzaqlaşdıracaq heç bir addım atmaq istəmirəm”, – Tramp oktyabrın 18-də “Truth Social” platformasında yazıb.

Tramp oktyabrın 16-da imzaladığı sərəncamla Konqresin qəbul etdiyi qanun çərçivəsində Rusiyaya qarşı nəzərdə tutulan bəzi sanksiya və tariflərin tətbiqindən müvəqqəti imtina edib. ABŞ dövlət katibi Marko Rubio qərarın iqtisadi təsirlərini qiymətləndirmək üçün administrasiyaya 60 günədək vaxt lazım olduğunu deyib.

Musavat.com xəbər verir ki, qərar Ukraynanın və ABŞ Konqresindəki bəzi qanunvericilərin tənqidinə səbəb olub. Ukrayna prezidenti Volodimir Zelenski sanksiyaların yumşaldılmasının Rusiyanın müharibə aparmaq imkanlarına kömək edə biləcəyini bildirib.

Həm demokrat, həm də respublikaçı konqresmenlər Trampın addımını tənqid ediblər./Musavat.com


MANŞET XƏBƏRLƏRİ