Putin Tramp və Si Cinpinlə Çində üçtərəfli görüş təklif edib – VSJ


Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsinə son qoymaq məqsədilə ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinlə Çində üçtərəfli görüş keçirməyi təklif etdiyi iddia olunur.

Turkustan.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Putin bu təklifi oktyabrın 9-da Trampla telefon danışığı zamanı irəli sürüb.

Kremlin sözçüsü Dmitri Peskov WSJ-yə açıqlamasında mümkün görüşlə bağlı müzakirələrin davam etdiyini təsdiqləyib. Bununla belə, o, hələlik konkret razılaşmanın olmadığını bildirib.

Danışıqlardan xəbərdar olan şəxslərin sözlərinə görə, Kreml görüşün noyabrın 18-19-da Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutmasını təklif edib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ