Binəli Yıldırım Azərbaycanı TƏBRİK ETDİ


Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Turkustan.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.

“ “Bir millət, iki dövlət” şüarı ilə hər zaman qəlbən bağlı olduğumuz can Azərbaycanın Müstəqilliyin Bərpası Gününü ən səmimi arzularımla təbrik edirəm.

1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən elan edən qardaş Azərbaycan ortaq tariximiz və mədəniyyətimiz əsasında Türk dünyasının parlaq gələcəyinə töhfə verməyə davam edir”, – paylaşımda qeyd olunub.


MANŞET XƏBƏRLƏRİ