Makrondan etirazlara reaksiya: "Cəzalandırılmalıdırlar!"


Fransa Prezidenti Emmanuel Makron ölkədə keçirilən nümayişlər zamanı baş verən zorakılıqlara münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Makron vandalizm törədənlərlə dinc etirazçılar arasında fərq qoyulmalı olduğunu vurğulayıb.

“Dağıdanlar bunun bədəlini ödəməlidir. Talan edənlər vurduqları ziyanı ödəməlidir. Respublikanı devirməyə çalışanlar məsuliyyətə cəlb olunmalıdır”, – deyə Fransa Prezidenti bildirib.

Makron ölkədə nizam-intizamın və sakitliyin bərqərar olmasının vacibliyini qeyd edib. O, qubernatorların müəyyən nümayişlərin keçirilməsini qadağan edə biləcəyini də açıqlayıb.

Fransada sarı jiletlilərin dünən keçirilən etirazlarından sonra Makron Parisdəki Yelisey Sarayından xalqa müraciət edib.

“Əziz vətəndaşlarım, bu axşam sizinlə çox kritik bir vaxtda danışıram”, – deyə, dövlət başçısı çıxışına başlayıb.

Nümayişlər zamanı baş verən zorakılıqlara toxunan Makron bildirib ki, oktyabrın 17-də ifrat solçu ekstremist qruplar onlara qoşulan çoxsaylı cinayətkarlarla birlikdə şəhərlərdə nəzarətsiz zorakılıq törədiblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ