Bakıda məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər tutuldu - Video


Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin qəsdən yandıran şəxs həbs olunub.

Turkustan.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə hadisəni törədən Fuad İbrahimovla birgə cinayət əməlində əlbir olan tanışı İlkin Novruzov da müəyyən olunaraq tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində müvafiq istintaq hərəkətləri davam etdirilir.


MANŞET XƏBƏRLƏRİ