Rusiya Silahlı Qüvvələri Ukraynadakı hədəflərə gecə ərzində zərbə endirib.
Turkustan.az xəbər verir ki, bu barədə yerli monitorinq mənbələri məlumat yayıb.
Digər məsələlərlə yanaşı, Ukrayna paytaxtının ən böyük enerji obyektləri də hücuma məruz qalıb. 4-cü İES və 6-cı İES-lərdəki partlayışlardan sonra Kiyevdə elektrik kəsilib, metro qismən sıradan çıxıb və qatarların hərəkəti dayandırılıb.
Əməliyyatda “Geran-5” reaktiv mühərrikli dronlardan istifadə edilib. Bundan əlavə, Rusiya Silahlı Qüvvələri RM-48U ballistik raketlərindən istifadə ediblər.
Medianın məlumatına görə, Ukraynanın Qərb müttəfiqləri Kiyevi hücum barədə xəbərdar etməkdə gecikiblər. “Telegram” kanalı “Mash”ın məlumatına görə, ilk zərbələrdən sonra Ukrayna paytaxtında hava hücumu siqnalı səsləndirilib.
ABŞ 13 oktyabrda Kiyevə kəşfiyyat məlumatlarını verməyi dayandırıb./publika.az