Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın daha da möhkəmlənməsini arzulayıram


Böyük Britaniya və Şimali İrlandiyanın Bakıdakı səfiri Dunkan Norman Azərbaycanı müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik edib.

Turkustan.az xəbər verir ki, səfir təbriki "X" sosial şəbəkə hesabında paylaşıb.

"Bu gün Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir. Azərbaycan xalqını ürəkdən təbrik edir, ölkələrimiz arasında tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram!" - səfir bildirib.


MANŞET XƏBƏRLƏRİ