Dünya əmtəə bazarlarında neftin qiyməti yenidən yüksəlib.
Turkustan.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" birjasında WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 1,04 ABŞ dolları (1,23 faiz) artaraq bir barel üçün 85,38 ABŞ dollarına çatıb.
Londonun "ICE" birjasında isə Brent markalı neftin sentyabr fyuçersləri 1,27 ABŞ dolları (1,40 faiz) bahalaşaraq 92,28 ABŞ dolları təşkil edib.
Analitiklərin fikrincə, qiymət artımına Yaxın Şərqdə davam edən geosiyasi gərginlik, enerji tədarükü ilə bağlı risklərin artması və bazarda təklifə dair narahatlıqlar səbəb olur. ABŞ-ın İrana qarşı sanksiyalarının sərtləşdirilməsi ehtimalı, eləcə də Hörmüz boğazı ətrafında yaranan risklər neft bazarında qiymətlərin yüksəlməsini dəstəkləyən əsas amillər kimi qiymətləndirilir. /Modern.az/