İrana qarşı hərbi əməliyyatlarda 500-dən çox ABŞ hərbçisi yaralanıb? - Şok rəqəmlər


Birləşmiş Ştatların İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı 500-dən artıq amerikalı əsgər xəsarət alıb.

Turkustan.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, yaralananların sayı 500 nəfərdən xeyli çoxdur və bu göstərici Pentaqonun 482 yaralı barədə açıqladığı rəsmi rəqəmləri üstələyir.

İndiyə qədər olan məlumatlara əsasən, ümumilikdə 18 ABŞ hərbçisi həlak olub.

Bir müddət əvvəl "The Wall Street Journal" nəşri yazmışdı ki, Vaşinqton Yaxın Şərqdə yerləşən 50 minlik ABŞ hərbi kontingentini İranın hücumlarından qorumaq məsələsində çətinliklərlə üzləşib./oxu.az


MANŞET XƏBƏRLƏRİ