Rusiya Zaporojyeni bombaladı: Ölən və yaralananların sayı artdı


Rusiyanın Zaporojyeyə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 3-ə, yaralananların sayı isə 13-ə yüksəlib.

Turkustan.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov Telegram hesabında məlumat yayıb.

Fedorovun sözlərinə görə, Rusiya ordusunun idarəolunan hava bombaları ilə həyata keçirdiyi hücum nəticəsində 67 yaşlı qadın, eləcə də 62 və 49 yaşlı iki kişi həlak olub.

O bildirib ki, yaralanan 13 nəfərin hamısına lazımi tibbi yardım göstərilir.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatlarda hücum nəticəsində iki nəfərin öldüyü, doqquz nəfərin isə yaralandığı bildirilirdi. Son açıqlamaya əsasən, ölən və yaralananların sayı artıb.

Ukrayna tərəfinin məlumatına görə, hücum idarəolunan hava bombaları ilə həyata keçirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ