ABŞ Prezidenti Donald Tramp İranın yeni nüvə obyekti inşa etməyə çalışdığını iddia edərək, belə bir obyektin aşkar ediləcəyi təqdirdə ABŞ tərəfindən hədəfə alınacağını bildirib.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Onların haqqında danışdığı yeni obyektə mütləq zərbə endirəcəyik. Onlar nüvə silahı əldə etməyə çalışırlar və yeni nüvə obyekti tikmək istəyirlər. Nüvə silahına işarə edən istənilən obyekti böyük güclə vuracağıq", – deyə ABŞ Prezidenti bildirib.
Tramp çıxışı zamanı İran hakimiyyətini etirazçılara qarşı zorakılıq tətbiq etməkdə də ittiham edib.
"Onlar kiçik uşaqları sanki heç nə olmamış kimi öldürürlər. Etdikləri dəlilikdir. İnsanları təsadüfi şəkildə öldürürlər. 52 mindən çox insan var və heç kim bu barədə danışmır", – deyə, o bildirib.
Aytən Yaşar/ Turkustan.az