Hakan Fidan: Türkiyə ASEAN-ın dialoq tərəfdaşı kimi qəbul edildi


Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) dialoq tərəfdaşı kimi qəbul edildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Fidan bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət daha bir mühüm nəticə verib.

"Bu gün Prezidentimizin rəhbərliyi altında həyata keçirdiyimiz, dünyaya və hadisələrə çoxşaxəli yanaşan, beynəlxalq gündəmə və qlobal sistemə təsir göstərə bilən xarici siyasətimizin növbəti mühüm uğuruna şahid olduq", – deyə Fidan qeyd edib.

O bildirib ki, Filippinin paytaxtı Manila şəhərində keçirilən ASEAN Xarici İşlər Nazirlərinin toplantısında qəbul edilən qərarla Türkiyə təşkilatın Dialoq Tərəfdaşı statusunu əldə edib.

Fidan vurğulayıb ki, bu status ASEAN daxilində tamhüquqlu üzvlükdən sonra ən yüksək əməkdaşlıq səviyyələrindən biri hesab olunur və indiyədək cəmi 11 dövlətə verilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ