Yaralandığı halda döyüş meydanını tərk etməyən Qəhrəman: "Mən şəhid olsam, salavatını çevir, İrəli! Vətən sağ olsun!"


25 oktyabr 1982-ci ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olur...

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində ali hərbi təhsil alır...

Nizam-intizama görə bir neçə dəfə bölük birincisi dərəcəsi alır...

Ali Hərbi məktəbi "Motoatıcı" ixtisası üzrə bitirir...

2004- ü ildən motoatıcı ixtisadı üzrə zabit kimi hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edir...

Rumıniyada keçirilən NATO təlimlərində iki dəfə iştirak edir...

"Ordu üzrə ən yaxşı tabor komandiri" yarışında birincilik əldə edir...

Hərbi xidməti zamanı polkovnik rütbəsinə qədər yüksəlir...

Hərbi sahədə bir çox nailiyyətlər əldə edən, Aprel döyüşlərində və Vətən müharibəsində qəhrəmancasına döyüşən zabitimiz 2024-cü ildən Cəmşid Naxçıvanski adına hərbi liseyə rəhbərlik edir...

Fotoğrafı Aç

Vətən Müharibəsinin ilk günündən döyüş əməliyyatlarına qatılan, gərgin döyüşlərdə 3 dəfə yaralanmasına baxmayaraq döyüşü davam edən, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərən Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev!

Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalları, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal, "Hərbi xidmətlərə görə", "Vətən uğrunda" medalları, eləcə də, "Füzulinin azad olunmasına görə," Xocavəndin azad olunmasına görə"medalları və "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.

Vətən müharibəsi zamanı əsgərlərinə "Bizə ağlamaq yaraşmır. Açıq deyək, əlinə yaylıq alıb ağlayan vaxtımız deyil. Əlində yaylıq olub bizi gözləyənlər arxadadır. Mən şəhid oldum, salavatını çevir, irəli! Qoy məni qırağa, məni götürəcəklər. Məni ağlamaq üçün gözləyənlər arxadadır. Onlar yaylıqla gözləyir, onlar ağlayacaq. O da onların işidir. Vətən sağ olsun! Azadlıq quru hərflərlə yazılmır, qanla yazılır! Biz də bunu yazmalıyıq! Deyir, dəlisi olan hər gün ağlar, ölüsü olan qırx gün ağlar. Biz hər gün ağlamışıq. Hər gün bu məsuliyyəti, bu hissi keçirtmişik. Bir gün ağlamalıyıq, bir gün ürəyimizi boşaltmalıyıq, bununla da bitirməliyik. Bunu gələcək nəsillərə, övladlara saxlamamalıyıq! Ali Baş Komandan bizə bu şansı verdi. Və biz bu etimadı doğrultmalıyıq, doğruldacağıq!" deyən qəhrəmanımız oktyabrın 26-dək döyüş meydanında misilsiz şücaət və qəhrəmanlıq göstərir. Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanaraq döyüşü idarəetmə qabiliyyətini itirir və təxliyə olunaraq hospitala yerləşdirilir.

Belə ki, döyüşlərin çox ağır anında düşmən mərmisi yanına düşür və qəlpənin biri boğazına dəyir. Döyüşlərin son dərəcə qızğln vaxtı olduğundan şəxsi heyətə dayaq olmaq üçün tələsik boğazına sarğl bağlayıb ayağa qalxır. Əsgərlərinə gülə-gülə deyir ki, narahat olmayın. Heç vaxt düşmən gülləsi bizi yıxa bilməz. Sona qədər qəhrəmancasına döyüşərək Şuşaya getməliyik. Yaralı halda müraciətinə şəxsi heyət alqış sədaları ilə cavab verir. Növbəti dəfə isə Füzuli uğrunda gedən döyüşlərdə yaralanır. Mərmi qəlpəsi ayağının bir hissəsini aparır. Bir müddət komada qalır. Ayılanda isə özünü həkimlərin əhatəsində görür. Eşitməkdə çətinlik çəkdiyindən əvvəlcə əsir düşdüyünü zənn edir, lakin sonra Bakıda hərbi hospitalda olduğunu anlayır. 18 saatlıq əməliyyatdan sonra həkimlərimiz çətinliklə də olsa polkovniki həyata qaytara bilirlər. Lakin ona bildiriblər ki, barmaqlarını itirib.

"Vətən Müharibəsi Qəhrəmanı" adını almasını isə o, hospitalda öyrənib: "Hospotalda reanimasiyadan çıxdıqdan sonra yavaş-yavaş özümə gəlirdim. Sarğı otağı palata ilə üzbəüz olduğundan, bir dəfə həkimdən xahiş etdim ki, sarğıya özüm gedim. Birtəhər razılaşdı. Tibb işçilərinin müşayiəti ilə divardan tuta-tuta getdim. Palataya qayıdanda gördüm ki, orada çoxlu həkim və tibb bacısı toplaşıb. Məni görən kimi alqışladılar. Əvvəlcə elə bildim ki, yəqin yeriyə bildiyimə görə sevinirlər. Sonra dedilər ki, Prezidentin sərəncamı ilə sizə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Sözün düzü, ilk andaca çox qürurlandım və fəxr etdim ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qələbə qazanan qalib xalqın qəhrəmanı olmuşam".

Polkovnik Anar Mirzəyev haqqında geniş, bioqrafik məlumatlara, uzun döyüş xronikasına rast gəlmək qeyri mümkündür. O, bizim səssiz qəhrəmanlarımızdandır. Onun keçdiyi döyüş yolu Vətən müharibəsindəki fəaliyyəti hərb tariximizin ən şərəfli səhifələrindəndir!

"Əsas məqsədimiz vətən torpağını düşməndən azad etməkdir. Ən əsas məqsədimiz isə Şuşanı düşmən tapdağından azad etməkdir. Çünki bildiyiniz kimi Şuşa Azərbaycanın ən mühüm, ən əhəmiyyətli hərbi strateji obyektidir. Məhz Şuşanın düşmən tapdağından azad olunması Qarabağın düşmən tapdağından azad olunmasıdır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, oktyabrın 26-da Şuşa istiqamətində gedən döyüşdə mən çox ağır şəkildə yaralandım və döyüşü idarəetmə qabiliyyətimi itirdim. Amma bu günkü gündə mən fəxrlə qeyd edə bilirəm ki, mənim yarımçıq buraxdığım işi bizim o biri yoldaşlarımız, hərdbçilərimiz uğurla tamamladılar. Bu qələbə, bu zəfər bu xalqın, bu millətin haqqı idi. Hətta mən döyüşlərdə də qeyd edirdim ki, bizim xalqımıza, millətimizə ancaq qələbə yaraşır. Çünki bizim xalqımız qalib xalqdır, bizim xalqımız qeryrətli, qəhrəman xalqdır. Və necə ku, bizim xalqımızın haqqıdır qələbə, bizim də hərbi qulluqçu kimi borcumuz xalqımıza bunu yaşatmaq idi. Qələbə sevincini mən hospitalda müayinə olunarkən gecə ikən eşitdim. "Qarabağ Azərbaycandır" şüarı ilə küçələrə axışan xalqımızın sevincini gördükcə, bir daha fəxr elədim ki, mən belə bir müzəffər ordunun zabitiyəm" deyən qəhrəmanımız bu gün də gələcəyin zabitlərini yetişdirir, onlara səssiz bələdçilik edir.

Bu yolda mən qəhrəmanımıza uğurlar arzulayır, nailiyyətlərinin davamını diləyirəm!

Biz sizinlə fəxr edirik, cənab polkovnik! Siz bizim qürurumuzsuz!

Sevinc Bəhmənli.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ