Ukrayna Prezidenti Volodimir Zelenski general-mayor Mixaylo Drapatını Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Komandanı təyin etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, eyni zamanda, indiyədək bu vəzifəni icra edən Aleksandr Sırskiyə Kiyevin müdafiəsi, Xarkov əks-hücum əməliyyatı və Kursk istiqamətindəki fəaliyyətinə görə təşəkkür edib.
Zelenski bu barədə xalqa müraciəti zamanı məlumat verib.
"Mən qərara gəldim ki, Mixaylo Drapatı Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Komandanı olacaq", – deyə, prezident bildirib.
Zelenski vurğulayıb ki, Aleksandr Sırski Kiyevin müdafiəsi, Xarkov əks-hücum əməliyyatı və Kursk istiqamətində aparılan əməliyyatlarda mühüm nəticələr əldə edib və buna görə ona minnətdardır.
Prezident bildirib ki, bu gün Aleksandr Sırski və Andriy Hnatovla yeni xidmət formatı və səlahiyyətlərin mərhələli şəkildə təhvil verilməsi məsələlərini müzakirə edib.
Zelenski əlavə edib ki, yeni Baş Komandanın yaxın və orta müddətli dövr üçün yerinə yetirməli olduğu əsas vəzifələr də müəyyənləşdirilib.
![]()
Aytən Yaşar/ Turkustan.az