Nyu-York meri: Netanyahu BMT üçün gəlsə, həbs olunmalıdır


Nyu-York meri Zöhran Mamdani İsrailin Baş naziri Benyamin Netanyahunun sentyabr ayında BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka gələcəyi təqdirdə, onun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarına uyğun olaraq saxlanılmalı olduğunu bir daha bəyan edib.

Turkustan.az xəbər verir ki, Mamdani Netanyahunu "müharibə cinayətkarı" adlandıraraq, onun "Nyu-Yorkda xoş qarşılanmadığını" bildirib və federal hökuməti BCM-nin həbs orderini icra etməyə çağırıb.

Nyu-York meri qeyd edib ki, şəhər rəhbərliyinin BCM-nin qərarını icra etmək səlahiyyəti yoxdur. Bununla belə, o vurğulayıb ki, bu məsuliyyət federal hökumətin üzərinə düşür və Vaşinqtonun həbs orderinin icrası üçün addım atmalı olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ