Dünya bazarında neftin qiymətində artım qeydə alınıb.
Turkustan.az xəbər verir ki, "ICE London" qitələrarası birjasında keçirilən ticarət zamanı "Brent" markalı neftin 2026-cı ilin sentyabr müqaviləsinin dəyəri 1,1% bahalaşaraq bir barel üçün 85,16 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2026-cı ilin avqust ayında tədarük olunacaq WTI markalı neftin bir barelinin qiyməti 1,28% artaraq 79,96 ABŞ dollarına yüksəlib. /modern.az/