Zelenski Sırskini istefaya göndərdi - Yeni Silahlı Qüvvələr komandanı təyin olundu


Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski vəzifəsindən azad edilib. General-mayor Mixail Drapatıy yeni Baş Komandan təyin edilib.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski axşam çıxışında açıqlayıb.

"Mən qərara gəldim ki, Mixail Drapatıy Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Komandanı olacaq. Mixail Drapatıy, Yevqeni Xmara və Pavlo Palisa ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının konfiqurasiyasının necə yenilənməsini müəyyən etdik", - Zelenski bildirib.

Zelenski Sırskiyə Kiyevin müdafiəsi, Xarkov hücumu və Kursk əməliyyatları, eləcə də Ukraynanın müdafiəsinə verdiyi töhfələrə görə təşəkkür edib.


MANŞET XƏBƏRLƏRİ