Ərdoğan Latviya lideri ilə regional məsələləri müzakirə etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Latviya Prezidenti Edqars Rinkeviçs ilə telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə ilə Latviya arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ərdoğan NATO-nun Ankara Zirvə Toplantısı münasibətilə Latviya Prezidenti Edqars Rinkeviçi Türkiyədə qəbul etməkdən məmnunluq duyduğunu bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, müttəfiqlər arasında həmrəylik ruhunun nümayiş olunduğu NATO Zirvə Toplantısında qəbul edilən qərarların alyansın təhlükəsizliyinə və əməkdaşlığına müsbət töhfə verəcəyinə inanır.

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə NATO çərçivəsində Baltik regionunun təhlükəsizliyinə böyük önəm verir və bu istiqamətdə töhfələrini artırmaqda davam edir.

Telefon danışığında tərəflər Türkiyə ilə Latviya arasında əməkdaşlığın, xüsusilə müdafiə sənayesi sahəsində daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ