ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) büdcəsinin İranla davam edən hərbi əməliyyatlar səbəbindən sürətlə azaldığı və Müdafiə naziri Pit Heqsetin Konqresdən əlavə maliyyə ayrılması üçün dəstək istəyəcəyi iddia olunur.
Turkustan.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məsələyə yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Pentaqonun mövcud büdcəsinin bir neçə həftə ərzində tükənə biləcəyi bildirilir.
Xəbərdə qeyd olunur ki, maliyyə çatışmazlığı səbəbindən Pentaqon artıq təhsil və sosial təminat proqramlarına ayrılan vəsaitdə ixtisarlara gedib.
İddialara əsasən, müdafiə naziri Pit Heqset bu gün Senatın Təxsisatlar Komitəsində çıxış edərək əlavə maliyyələşdirmənin zəruriliyini gündəmə gətirəcək və senatorları yeni vəsait ayrılmasına dəstək verməyə çağıracaq.
Bundan əlavə, "The Washington Postun" əldə etdiyi sənədlərə görə, Pentaqon Konqresdən təlim və silah alışına ayrılmış 4,3 milyard dolların İrana qarşı hərbi əməliyyatlara yönəldilməsinə icazə istəyib. Lakin bu müraciət hələlik cavabsız qalıb.
Aytən Yaşar/ Turkustan.az