Şəhidlik arzusu ilə yaşayan şəhid kəşfiyyatçımız


Məktəbdə müəllimlərin sevimlisi olur...

Savadı və davranışı ilə hər kəsə nümunə olur...

Hələ uşaq yaşlarından hərbçi olmaq istəyir...

Ali hərbi təhsil alıb, kəşfiyyatçı olaraq ordu sıralarında xidmət edir...

Ən böyük arzusu Azərbaycanı qarış-qarış gəzmək və şəhidlik olur...

Vətən müharibəsində iştirakını ailəsindən gizlədən, döyüşdə hər zaman öndə gedən, əsgərlərini qardaşı kimi sevən və qoruyan, Xocavəndin azad edilməsi uğrunda savaşan, Hadrutun azad edilməsi zamanı şəhidlik mərtəbəsinə yüksələn Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı, kəşfiyyat bölüyünün komandiri Vüsal Muradov!

Açıklama yok.

İgidimiz "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilir.

Məktəbdə bütün fənləri yaxşı oxuduğuna görə valideynləri onu başqa sahəyə yönəltməyə çalışsalar da qəhrəmanımız razı olmur. "Mən zabit olub, torpaqlarımızı işğaldan qurtarmaq üçün savaşacam" deyir...

Əsgəri deyir ki, "biz kəşfiyyat bölüyü olduğumuz üçün öndə gedirdik. Ərzağımız tükənmişdi. Ac, susuz idik. Addım atmağa taqətim yox idi. Komandir çantasından enerji içkisi və şokaladı çıxarıb mənə verdi. Bilirdim ki, mən bunu qəbul etsəm, özü ac qalacaq. Etiraz etdim, o isə, tələb etdi ki, almalısan! Ye ki, taqətin olsun... "

Digər əsgəri isə deyir ki," dağa çıxırdıq. Yorulmuşdum. Addım atmağa halım yox idi. Aclıq, susuzluq öz sözünü deyirdi. Komandir irəlidəydi, mənim arxada qaldığımı görüb yanıma gəldi. Ona dedim ki, məni qoyub gedin. Bacarmıram. O isə əl çəkmədi. Bacaracaqsan dedi və məni məsləhətləri ilə ruhlandırıb, özü ilə apardı... "

Açıklama yok.

"Vətən onu sevənlərin, onun uğrunda savaşanların, yolunda can verən mərd oğullarındır" deyib öz qanı ilə Vətən torpağını müqəddəsləşdirən Şəhidim! Vətən övladları səni heç zaman unutmayacaq!

Allah sənə rəhmət eləsin! Məkanın cənnət, əziz ruhun şad olsun Qəhrəmanım mənim! Qəlbimizdəsən həmişə! Səni unutmarıq! Unutdurmarıq!

Sevinc Bəhmənli

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ