Erməni qarmonçu xalq mahnılarımızı ifa edir - VİDEO


Erməni qarmonçu Qaqik Stepanyan sosial şəbəkələrdə Azərbaycan milli musiqilərini ifa etməsi ilə geniş tanınıb.

Turkustan.az xəbər verir ki, əslən Gürcüstanın Axalkalaki vilayətindən olan Q.Stepanyan ifalarında həm Qafqaz xalq musiqilərinin ritmləri, həm də virtuoz barmaq texnikası ön plana çıxır.

“Qadan mən alım”, “Sarı gəlin”, “Sən gəlməz oldun”, “Təki sən səslə məni” kimi Azərbaycan xalq mahnılarını ifa edən musiqiçini həmyerliləri həm tənqid, həm də təriflərlərlə qarşılayır.

İzləyiclərindən bəziləri Qaqik Stepaniyanın Azərbaycanın məşhur qarmon ustası Aftandil İsrafilovun tələbəsi olduğunu iddia edirlər./“Yeni Sabah”


MANŞET XƏBƏRLƏRİ