Masallıda əkin sahəsində tanınmış həkimin oğlunun meyiti TAPILDI


Masallı rayonunda əkin sahəsində kişi meyiti aşkarlanıb.

Əldə etdiyimiz məlumata görə, hadisə rayonun Mollaoba kəndində qeydə alınıb.

Kənd sakini Razi Allahverdi oğlu Fətullayevin meyiti fərdi yaşayış evlərinin yaxınlığında yerləşən əkin sahəsində tapılıb.

İlkin məlumata görə, mərhumun üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. Onun spirtli içki aludəçisi olduğu bildirilir.

Qeyd edək ki, mərhumun atası Masallı rayonunda məşhur həkim kimi tanınır.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ