"YouTube"-dan pul qazanmaq çətinləşir


"YouTube" gəlir əldə etmək istəyən yeni kontent yaradıcıları üçün monetizasiya tələblərini sərtləşdirir.

Turkustan.az xəbər verir ki, yeni qaydalara əsasən, monetizasiya üçün son bir ildə 8 min saat izlənmə və ya 90 gün ərzində 20 milyon Shorts izlənməsi tələb olunacaq. Hazırda bu göstəricilər müvafiq olaraq 4 min saat və 10 milyon izlənmədir.

Dəyişiklik fevralın 1-dən qüvvəyə minəcək. Mövcud "YouTube" Partner Proqramı üzvləri isə yeni tələblərdən təsirlənməyəcək. "YouTube", həmçinin Shorts gəlirlərinin qorunması üçün kanalların hər 90 gündə 10 milyon izlənmə toplamasını tələb edəcək. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ