Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?


Bu gün Avropada vaxtilə Azərbaycanda radikal fəaliyyəti ilə gündəmə gəlmiş “Müsəlman Birliyi Hərəkatı”nın (MBH) qeydiyyata alınması məsələsi müzakirə olunur. Avropa bu təşkilatın keçmişini nə qədər yaxşı tanıyır?

2015-ci ildə Nardaranda təşkilatın üzvləri ilə polis arasında silahlı qarşıdurma baş vermiş, iki polis əməkdaşı - İsmayıl Tağıyev və Vüqar Nəsibov həlak olmuşdu. Hüquq-mühafizə orqanları MBH-ni dövlət quruluşunu dəyişdirərək, şəriət əsaslı idarəetmə yaratmaq cəhdində ittiham edib. Hərəkatın üzvləri İranın o vaxtkı ali dini lideri ayətullah Əli Xameneini mənəvi lider kimi qəbul edirlər.

Son günlər Britaniya mediasında Kiprdəki Britaniya hərbi bazaları barədə məlumatları SEPAH-a ötürməkdə ittiham olunan Azərbaycan əsilli Britaniya vətəndaşı ilə bağlı xəbərlər də bu narahatlıqları artırır. Sual budur: Belə bir keçmişə malik təşkilatın Avropada fəaliyyəti gələcəkdə təhlükəsizlik riskinə çevrilə bilərmi?

Turkustan.az mövzu ilə bağlı videonu təqdim edir:

/axar.az/


MANŞET XƏBƏRLƏRİ