Pletençuk: Rusiya faktiki olaraq Krımı dəniz bazası kimi itirib


Rusiya faktiki olaraq işğal altındakı Krımdan dəniz bazası kimi istifadə etmək imkanını itirib.

Turkustan.az xəbər verir ki, bununla belə, Moskva yarımadadan Ukraynaya hava zərbələri endirmək və burada hərbi infrastrukturunu qorumaq üçün istifadəni davam etdirir.

“Ukrinform”un məlumatına görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk televiziyaya açıqlamasında bildirib.

“Onlar əslində Krımı dəniz bazası kimi itiriblər”, - deyə Pletençuk qeyd edib.

Onun sözlərinə görə, hazırda Rusiya donanmasının Krımda yerləşdirilməsi faktiki olaraq mümkün deyil. Rusiya hərbi gəmilərinin əsas hissəsi daha təhlükəsiz hesab edilən Novorossiysk limanına çəkilib.

Bununla yanaşı, Ukrayna tərəfi Krımdakı Rusiya hərbi obyektlərinə qarşı fəaliyyətini davam etdirir. Pletençuk bildirib ki, yarımadada hərbi infrastrukturun bərpası və saxlanılması ilə bağlı işlər demək olar ki, fasiləsiz aparılır.

“Orada iş demək olar ki, 24/7 davam edir. Bunlar ruslara burada mövcudluqlarını davam etdirmək imkanı verən hərbi infrastruktur obyektləridir”, - deyə, Ukrayna rəsmisi vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ