Fövqəladə Hallar Nazirliyinin (FHN) ləğv edilən Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi polkovnik Kənan Aşurova yeni vəzifə verilib.
Turkustan.az “qaynarinfo.az”a istinadən xəbər verir ki, o, FHN-in Baş Əməliyyat İdarəsinin rəis müavini təyin edilib.
Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq Əmr imzalayıb.
Qeyd edək ki, Kənan Aşurov mərhum vəkil İsaxan Aşurovun oğludur.