ABŞ dövlət katibi Marko Rubio İranla aparılan danışıqlarda Hörmüz boğazının yenidən açılması ilə bağlı irəliləyiş əldə olunduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, Rubio bildirib ki, tərəflər arasında danışıqlar davam edir və razılaşmanın yaxın vaxtlarda əldə olunacağına ümid edirlər.
"Hörmüz boğazının açılması ilə bağlı İranla danışıqlarda irəliləyiş əldə etmişik və çox tezliklə razılığa gələcəyimizə ümid edirik", – deyə ABŞ dövlət katibi vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az