Fələstin Prezidenti Mahmud Abbas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 11-13 avqust tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran məlumat verib.
Duran NSosial hesabında paylaşdığı açıqlamada bildirib ki, səfər çərçivəsində 12 avqustda Ərdoğan və Abbas arasında görüş keçiriləcək.
Görüş zamanı Fələstindəki son vəziyyət, Türkiyə ilə Fələstin arasında ikitərəfli münasibətlər və regional proseslər müzakirə olunacaq.
Aytən Yaşar/ Turkustan.az