AK Partiyasının sözçüsü Ömər Çelik Prezident Rəcəb Tayyib Ərdoğanın partiyanın 25-ci ildönümü münasibətilə 14 avqustda edəcəyi çıxışın Türkiyə Cümhuriyyəti tarixində mühüm yer tutacağını bildirib.
Turkustan.az xəbər verir ki, Çelik Ankara Milli Bağçasında keçiriləcək yubiley tədbiri ilə bağlı açıqlamasında bütün vətəndaşları tədbirə dəvət edib. O, mərasim üçün genişmiqyaslı vizual proqram hazırlandığını bildirib.
AK Partiyasının sözçüsü Ərdoğanın çıxışının xüsusi əhəmiyyət daşıyacağını vurğulayıb:
“Prezident Ərdoğanın çıxışı sadəcə 25 illik yubiley çıxışı olmayacaq. Bu, Cümhuriyyət tarixindəki tarixi çıxışlardan biri olacaq. Bu 25 ildə təxminən 250 illik siyasi irəliləyiş əldə edilib".
Çelik həmçinin parlamentdə 467 səslə qəbul edilən “Terrorsuz Türkiyə” qanunu ilə bağlı mühüm açıqlamalar verib.
Aytən Yaşar/ Turkustan.az