İranın Ali rəhbəri Müctəba Xamenei ölkənin təhlükəsizlik strukturlarının rəhbər pillələrində etdiyi genişmiqyaslı dəyişikliklərlə ABŞ qarşısında sərt mövqeyini qorumaqda qətiyyətli olduğunu göstərməyə çalışır.
Turkustan.az xəbər verir ki, bu barədə “Wall Street Journal”ın analitik məqaləsində bildirilib.
Amerikalı analitiklərin fikrincə, İran rejimi həm daxildə, həm də xaricdə daha aqressiv yanaşmaya hazırlaşır:
“Bazar günü və bazar ertəsi həyata keçirilən dəyişikliklər Müctəba Xameneinin rəhbərliyi dövründə rejimin yüksək səviyyələrində baş verən ən mühüm yenidənqurmadır”.
İranın yeni ali rəhbəri müharibə başlayandan bəri ictimaiyyət qarşısında görünməyib. ABŞ kəşfiyyatı Xameneinin sağ olduğunu, amma ağır yaralandığını bildirir. İranın yüksək rütbəli rəsmiləri isə mart ayında ali rəhbər postuna keçməsindən bəri onunla görüşmədiklərini deyiblər.
Rəsmilər Xameneinin yaralandığını, amma səhhətinin yaxşı olduğunu da iddia ediblər.
Müharibənin əvvəlində ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində İranın əvvəlki ali rəhbəri Əli Xamenei və ölkənin demək olar, bütün yüksək rütbəli və vəzifəli hərbçiləri öldürülüb. Qeyd olunub ki, bununla da İranın hərbi siyasətinin formalaşdırılmasına cavabdeh olan bütöv bir qərarverici komanda məhv edilib./teleqraf