İsrail Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Meir Ben-Şabbat Türkiyənin regionda artan təsirinin İsraillə mümkün qarşıdurma riskini artırdığını iddia edib.
Turkustan.az xəbər verir ki, Ben-Şabbat İsrailin “Maariv” qəzetinə müsahibəsində Türkiyənin Yaxın Şərqdə artan regional gücündən danışaraq, Təl-Əviv rəhbərliyini Ankaranın yüksəlişini nəzərə almamağa çağırıb.
Onun sözlərinə görə, Türkiyə regionda yaranan dəyişikliklərdən istifadə edərək aparıcı regional gücə çevrilməyə çalışır. Ben-Şabbat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ambisiyaları və İsrailə qarşı mövqeyinin iki ölkə arasında qarşıdurma potensialını artırdığını bildirib.
Ben-Şabbat Türkiyənin Suriyada mövqelərini gücləndirməsini, Səudiyyə Ərəbistanı və Pakistanla imzaladığı Məkkə Birgə Müdafiə Sazişini, “Mavi Vətən” doktrinasını və HƏMAS-a verdiyi dəstəyi Ankaranın regional təsirinin əsas göstəriciləri kimi qeyd edib.
Aytən Yaşar/ Turkustan.az