Qətər: Hörmüz boğazı danışıqlarında irəliləyiş var


Qətər İran və Oman arasında Hörmüz boğazının açılması ilə bağlı davam edən danışıqlarda irəliləyiş əldə olunduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, son məlumatlarda danışıqların mümkün razılaşmaya yaxınlaşdığı bildirilib.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Dohada keçirdiyi mətbuat konfransında ABŞ-İran gərginliyi, İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar, eləcə də bölgədəki son hadisələr və Qəzzadakı vəziyyət barədə açıqlamalar verib.

Ənsari bildirib ki, Qətərin vasitəçi kimi əsas prioriteti Hörmüz boğazının mümkün qədər tez açılmasıdır. O, danışıqlarla bağlı Oman və İrandan müsbət siqnallar aldıqlarını qeyd edib.

Qətər rəsmisi ölkəsinin Hörmüz boğazında təhlükəsizliyin və dəniz naviqasiyasının sərbəstliyinin təmin olunmasına yönələn istənilən formulu dəstəklədiyini vurğulayıb. Ənsari həmçinin boğazın siyasi təzyiq vasitəsi kimi istifadəsinin qarşısının alınmasının vacibliyini bildirib.

O, ABŞ və İran arasında diplomatik səylərin də davam etdiyini əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ