Konqo Demokratik Respublikasında Ebola epidemiyası sürətlə yayılmaqda davam edir.
Turkustan.az xəbər verir ki, ölkədə virusdan ölənlərin sayı 2 011-ə, təsdiqlənmiş yoluxma hallarının sayı isə 4 381-ə çatıb. Məlumatlara görə, son bir ay ərzində ölüm hallarının sayının təxminən iki dəfə artması epidemiyanın yayılma sürəti ilə bağlı ciddi narahatlıq yaradıb.
Ölkənin beş əyalətində Ebola virusuna 4 381 yoluxma təsdiqlənib. Hazırkı epidemiya Konqoda indiyədək qeydə alınan ən sürətlə yayılan Ebola epidemiyası kimi qiymətləndirilir.
Mütəxəssislər epidemiyanın gec aşkarlanması, münaqişə bölgələrində təhlükəsizlik problemləri və səhiyyə sisteminin imkanlarının məhdud olmasının virusun yayılmasını sürətləndirdiyini bildirirlər.
Aytən Yaşar/ Turkustan.az