Məşhur rusiyalı müğənni və bəstəkar Yuri Loza Yerin forması ilə bağlı qeyri-adi açıqlama verib.
Turkustan.az xəbər verir ki, o, bu barədə “Tsarqrad”a danışıb.
Lozanın sözlərinə görə, Yer düz formadadır və onun üzərində nəhəng günbəz yerləşir. Müğənni vaxtilə raket qoşunlarında xidmət etdiyini və raket buraxılışlarının Yerin düz olduğunu təsdiqlədiyini iddia edib.
O, insanların heç vaxt həmin günbəzin hüdudlarından kənara çıxmadığını da bildirib.
Yuri Loza Yerin kürə formasında olması ilə bağlı elmi yanaşmanı müdafiə edənləri isə “himayə olunan insanlar” adlandırıb. Onun fikrincə, alimlərin irəli sürdüyü nəzəriyyələr maliyyələşmədən asılıdır.
“Alimlərə kim pul verirsə, onlardan aldığı sifarişlə müəyyən nəzəriyyələr irəli sürür”, - deyə Loza bildirib.
Müğənninin versiyasına görə, Yerin mərkəzi isə Şimal qütbüdür./publika.az