Litva ABŞ ilə öz ərazisində nüvə silahının yerləşdirilməsi barədə danışıqlar aparır.
Turkustan.az "Politico"ya istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Robertas Kaunas bəyan edib.
"Müzakirələr davam edir. Əlbəttə ki, Litva kənarda dayanmır", - deyə nazir jurnalistlərə bildirib.
Litvanın Konstitusiyası ölkə ərazisində kütləvi qırğın silahının yerləşdirilməsini qadağan edir.
Ölkə parlamentinin sədri Yuozas Olekas hakimiyyətinin bu müddəaya düzəlişlər edəcəyini istisna etməyib.
Litva Prezidenti Gitanas Nauseda nüvə silahının yerləşdirilməsinə imkan verəcək mümkün düzəlişlər barədə müzakirəni dəstəkləyib. /Oxu.Az/