Kılıçdaroğlu ilk böyük addımını atır! Onun hədəf aldığı 5 ad bunlardır


CHP-nin 38-ci Adi Qurultayı ilə bağlı məhkəmənin verdiyi “tam etibarsızlıq” qərarından sonra Kemal Kılıçdaroğlunun partiya rəhbərliyinə qayıdacağı təqdirdə atacağı addımlar siyasi dairələrdə geniş müzakirə olunur.

Turkustan.az xəbər verir ki, Kılıçdaroğlunun yeni komandasını formalaşdırdıqdan və partiya rəhbərliyində dəyişikliklər etdikdən sonra hansı siyasi xətti izləyəcəyi hələlik bəlli deyil. Bununla yanaşı, CHP kulislərində diqqət çəkən yeni iddialar da gündəmə gəlib.

“Sabah” qəzetinin köşə yazarı Mahmut Övür yazısında CHP-nin bəzi millət vəkillərinə qarşı intizam prosedurlarının başladılmasının mümkün olduğunu irəli sürüb. Onun paylaşdığı məlumatlar partiya daxilində gərginliyin yaxın günlərdə daha da arta biləcəyi ilə bağlı müzakirələri gücləndirib.

Məhkəmə qərarından sonra rəhbərliyə qayıdan Kılıçdaroğlunun ilk növbədə partiyanın təşkilati strukturunu və mərkəzi qərargahın fəaliyyətini yenidən formalaşdırmağa fokuslandığı bildirilir.

Siyasi müşahidəçilər hesab edirlər ki, Kılıçdaroğlu partiya daxilindəki parçalanmanı dərinləşdirmədən prosesə nəzarəti bərpa etməyə çalışacaq. Bununla yanaşı, bəzi şəxslərə qarşı intizam tədbirlərinin görülüb-görülməyəcəyi də müzakirə mövzusudur.

İddialara görə, Kılıçdaroğlu prosesdə tələsməyə üstünlük verməyəcək. Lakin partiya intizamının qorunması məqsədilə bəzi şəxslər barəsində müvəqqəti uzaqlaşdırma və ya partiyadan xaricetmə də daxil olmaqla müxtəlif tədbirlərin nəzərdən keçirildiyi bildirilir.

Aytən Yaşar./ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ