Azərbaycanda 1920-1950-ci illər  repressiyaları


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

VIII Yazı

Repressiya və din

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) zamanı Azərbaycan layik dövlət olmuşdu. Bununla belə parlamentdə dini partiya İttihad belə vardı.Bütün vətəndaşlar üçün dini etiqad azadlığı vardı. Azərbaycan rus ordusu tərəfindən işğal olunduqdan sonra dinə münasibət dəyişdi.

1924-cü ildə Azərbaycan SSR-də “Allahsız” cəmiyyəti yaradıldı. İslama qarşı genişmiqyaslı hücum isə 1929-cu ildə başladı.1917-ci ildə Azərbaycan ərazisində 3 min məscid var idisə,1927-ci ildə onlardan cəmi 1700-ü qalmışdır,bu məscidlərin də 120-si Bakı və Bakı ətrafında yerləşirdi. Rəsmi surətdə isə dinlə mübarizəyə 1928-ci ilin sonlarında başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadəsi üçün klubların balansına verdi.

Stalin repressiyaları dövründə hakimiyyət guya xalqın tələbinə istinadən, kütləvi şəkildə məscidləri bağlamağa başladı.Bir sıra partiya və hökumət qulluqçularını cümə namazlarına getməkdə və hətta məscidlərdə mollalıq etməkdə ittiham edirdilər. Repressiyaların ən qızğın çağında hətta “dinə qarşı mübarizəyə kifayət qədər həvəs göstərməmək” ittihamı həbsə səbəb ola bilərdi. Stalinin hakimiyyəti dövründə Bakının salamat qalmış məscidlərinin ikisindən başqa hamısı bağlanmışdı.

Moskvadan gələn əmrə əsasən 1929-cu ildə cəmi bir ildə eyni zamanda 400 məscid ya bağlandı ya da klub olmaq üçün təchiz edildi, 1933-cü ildə Azərbaycan SSR ərazisində cəmi 17 məscid qalmışdı.Bir müddət sonra xalqın narazılığına görə anti din kampaniyalarına son qoymaqlarına baxmayaraq,1937-ci ildən etibarən “dini qalıqlara qarşı mübarizə” və terror yeni güc əldə etdi. 1937-1938-ci illərdə repressiyaya məruz qalmış ziyalılarla yanaşı, təhsilli ruhanilər əhəmiyyətli dərəcədə çoxluq təşkil edirdilər. 30-cu illərdə Bibiheybət məscidi, kimi əhəmiyyətli dini mənbələr söküldü.

Stalin repressiyalarının əsas hədəfi milli İslamın kökünü qazmaq olsa da 1930-cu illərin ortalarından etibarən repressiya qurbanlarını panislamizmdə və xarici dövlətlərə xidmətdə ittiham edirdilər. Ruhanilər artıq hökumət üçün daha az təhlükəli idilər, çünki qorxudulmuşdular və “KQB xəbərçiləri” adını almışdılar məhz buna görə də inanclı insanlar salamat qalmış tək-tük məscidə belə getmirdilər.

İslam repressiyalardan çox böyük zərər gördü.İctimai şəkildə heç kim islam rituallarına əməl etmirdi.Gənc nəslə İslamın əsasları haqqında biliklərin verilməsi çox risqli idi. Azərbaycanın bir çox sakinləri itaətkarlıq nümayiş etdirərək “Allahsızlar” təşkilatına üzv oldular,bunun nəticəsində təşkilatın üzvləri bir ilin içində 3 min nəfərdən 71 minə qədər artdı.

Repressiyaların nəticəsində 30-cu illərin sonunda ənənəvi İslamdan başqa demək olar ki, bir çox təriqətlər və icmalar (misal üçün, nəqşibəndilər, əliəllahılar,bəhailər) yox edildilər.

Stalinizm

Stalinizm 1920-ci illərin sonu,1950-ci illərin əvvəllərində SSRİ-də mövcud olan siyasi system və onun əsas ideologiyası idi. Stalinizm avtoritarizmin ağalığı, dövlətin cəza funksiyalarının gücləndirilməsi, dövlət orqanlarının və hakim Kommunist partiyasının,cəmiyyətin bütün sahələrinə sərt ideoloji nəzarət etməklə xarakterizə olunmuşdur. Stalinizm totalitarizmin ifrat formalarından biri idi.

Sözsüz ki, insanlarda müxtəlif şəkildə, müxtəlif həyat tərzinə malik, müxtəlif prinsiplərlə hərəkət edən çoxlu miqdarda kütlələr mövcuddur. Elə kütlələr var ki, onların ömrü çox azdır.Və əksinə elələri də var ki,onlar həddindən çox “ömür” sürürlər.

Bundan başqa kütlənin yaranması və onun hansı məqsədə qulluq etməsi arasında müəyyən fərqlər var. Ancaq biz çoxsaylı kütlələrin içərisindən, diqqət mərkəzindən kənarda qalan kütləvi prosesləri nəzərdən keçirək. Başsız kütlə və başçısı sərkərdəsi olan kütləni nəzərdən keçirərək. Stalinizmin mahiyyətini nəzərdən keçirəcəyik:

1. Diktator- Diktatora inananların icması

2. Ordu-qoşunların,əsgərlərin icması.

Diktatura və ordu öz məğzinə görə süni kütlədirlər.Ona görə də onlar dağılmamaları üçün,öz ilkin strukturasını saxlamaq naminə, zorakılıq işlətməkdən çəkinmirlər. Stalin diktaturası və sovet ordusu kütlələrinin izahında,bizi yalnız bir şey maraqlandırır: belə yüksək şəkildə təşkil olunmuş, zorakılıq yolu ilə öz hakimiyyətini saxlayan kütlələrin çox oxşarlığı. (Hansı ki, ilk baxışda adi görünən əslində isə daha dərin qatlarda gizlənən əlaqələr).

Stalinin hakimiyyətinə aid olan məsələni həll etmək üçün nümunə olaraq Stalinin qurduğu diktaturanı götürəcəyik: ona görə ki,belə bir illüziya xarakteri daşıyan fikir var ki, Stalinizmin başında duran Stalin, (İosif Vissarionoviç-Stalin) və ordunun baş komandanı öz kütlələrinə daxil olan insanları (fərdləri) eyni səviyyədə sevirlər. Stalinizm və orduda hər şey ancaq bu illyuziyadan asılıdır. Əgər bu illyuziya dağılarsa, onda həm Stalin, həm də ordu kütlələri öz hakimiyyətini itirmiş olurlar.

Stalin ətrafındakı kütləni təşkil edən hər bir adama (fərdə) müti qul kimi yanaşır.Bir ata kimi onları sevir. Onun insanlar qarşısında qoyduğu tələblər də məhz bu sevginin nəticəsində edilir.

Stalinizmin demokratik idarə quruluşundan onunla fərqlənir ki,Stalin qarşısında bütün insanlar eynidir. Hamı eyni səviyyədə onun sevgisini qəbul edib,onun himayəsində yaşamalıdır. Stalin Sovet İttifaqını böyük ailə hesab edirdi.Bu böyük bir ailə Stalinə və Stalinizmə məhəbbət sayəsində bir-birinə qardaş deməli idilər. Daha doğrusu, Stalinin məhəbbəti sayəsində bir-birinə qardaş sayılırlar. Daha doğrusu, Stalinin onlara bəxş etdiyi məhəbbətlə bir-birini sevirlər. Deməli, hər bir fərdin Stalin ilə əlaqəsi, eyni zamanda fərdlərin bir-biri ilə əlaqəsi deməkdir. Stalin Darvinin, ibtidai insanın sürü şəklində yaşaması fikrini Stalinizm idarə üsulunda tətbiq edilirdi.

Stalinizm üçün saydığımız bütün mərhələlər eyni ilə orduda da baş verir.Ordunun baş komandanı (Stalin)-öz ətrafında olan əsgərlərin hamısını bir ata kimi sevir. Bu sevgidən ruhlanan hər bir əsgər də eyni zamanda onun adını söyləyərək düşmən üzərinə hücum edir və hər bir əsgər də eyni zamanda bir-birinə məhəbbət göstərmiş olur. Düzdür, öz strukturuna görə ordunun mülki idarədən fərqi odur ki, orduda kütlənin özünün bir neçə mərhələsi var. Diviziya, batalyon, polk və digər qruplardan ibarət olan əsgərlərə müxtəlif komandirlər,zabitlər başçılıq edir və onların hər biri öz əsgərinə yuxarıdan göstərilən münasibətləri nümayiş etdirir.Belə ierarxiya mülki idarədə olsa da, ordudakı kimi ekonomik rol oynamır.

Bu iki süni kütləni təşkil edən fərdlər libido xətti ilə bir tərəfdən başçıya (Stalin və sərkərdəyə) ikinci tərəfdən isə bir-birinə bağlı olur. Əgər hər bir fərd bu iki istiqamətdə güclü emosional bağlılıq hiss edirsə,biz çətinlik çəkmədən onun (fərdin) şəxsiyyətinin dünyagörüşünün və intellektinin nə dərəcədə az olduğunu etiraf edə bilərik.

Kütlənin əsas məğzinin Stalinizmdə libido xətti ilə bağlılıqdan ibarət olduğunu göstərməklə biz yeni fenomen-ictimai fenomenini açmış oluruq.Bu fenomeni, hərbi kütlə üzərində daha aydın araşdırmaq olar.Kütlənin içərisində o vaxt iğtişaş yaranır ki, kütlə daxilinən pozulmağa başlayır. İxtişaşın xarakterik cəhətlərindən biri də odur ki, kütlə daxilindən pozulmağa başlayır. Eyni kütləni təşkil edənlər,başçının əmrinə tabe olmaqdan daha çox,başqalarına fikir vermədən özü haqqında, özünü xilas etmək haqqında düşünməyə başlayır.Yuxarıda qeyd etdiyimiz qarşılıqlı məhəbbəti, mənasız qorxu əvəz edir.Bəlkə əksinə-əvvəl qorxu yaranır,sonra isə bu qorxunun təsirindən əvvəlki məhəbbət bağlılıq itir.

Stalinizmdə insan kütləsi və onun psixalogiyası,bizim təsəvvürlərimizi bir daha ibtidai insan sürülərinə cəlb edir.Beləliklə, kütlə,bizə yenidən cəmiyyətə qayıtmış ibtidai insan sürüsünü xatırladır. Müqayisəli şəkildə desək, hər bir ibtidai insan-kütlənin subyekti, hər bir qəbilə isə,insan kütləsini əvəz edir- və ya əksinə. Kütlənin adamlar üzərindəki hakimiyyətində, qədim insan qəbilələrində hökm sürən qanunlar yada salınır.Gəldiyimiz axır nəticə budur ki, kütlənin psixologiyası, qədim insan psixologiyasının təzahürü və onun bu şəkildə inikasıdır. Maraqlı burasıdır ki, lap qədimdən belə ikili psixologiya mövcuddur:fərdin psixologiyası (kütləni təşkil edən şəxsin və başçının ,sərkərdənin) ibtidai insan sürüsünün başında duran erkək varlıq və kütləni idarə edən şəxs) psixologiyası. Kütləni təşkil edən ayrı-ayrı sübyektlər (fərdlər ,insanlar) ibtidai qəbiləni təşkil edən qədim insanlar kimi, eyni xətt üzrə bir-biri ilə bağlıdırlar.Yeganə fərq,başçılar arasında olan fərqdir. Kütlənin başçısından fərqli olaraq, ibtidai insan sürüsünün başçısı tamamilə sərbəst və azad olmuşdur.Onun intellektual aktı daha güclü və azad olmuş, heç bir kənar təsirlərə məruz qalmamış, kütlədən (qəbilədən) edilən təlqinlər qarşısında zəiflik göstərməmişdi. İbtidai insan qəbiləsinin başçısı libido xətti ilə heç kəsə bağlanmamış, özündən başqa heç kəsi sevməmiş və əgər sevmişsə də,bu qərəzli sevgidən başqa heç nə olmamışdı. Belə bir xarakter bizə,hələ keçən əsrdə alman dahisi Fridrix Vilhelm Nitsşenin ideal şəxsiyyət kimi irəli sürdüyü, “ali insan”ın tutqun güzgüdəki əksini xatırladır.

Sirli şəkidə bu kütlədə gizlənən, hipnoz və təlqin anlayışları ilə bizi qarşılaşdırır.Bir anlığa hipnozçunun adama necə təsir etməsini xatırlayaq. Hipnozçu təsdiq edir ki, onda mistik bir vergi var və o, bu vergi ilə hipnoz olunan şəxsi, öz iradəsindən məhrum edir.Bizə gülməli görünən bu fikri,hipnozçu tam qətiyyətlə, özünə inamla söyləyir.Bu mistik qüvvə, daha doğrusu heyvani maqnetizm,ibtidai insanlar üçün tabu elan edilmiş bir qüvvənin,başqa cəhətdən izahından başqa bir şey deyildir. Hipnozçu, hipnoz edən şəxsin gözlərinə baxmaqla,onu “şüur” qatından məhrum edir. Hipnoz olunan şəxs artıq hipnozçunun bir növ quluna çevrilir. Məhz ibtidai qəbilə başçısının, öz kütləsinə baxışı, hipnozçunun baxışı kimi eyni təsirlə subyektə təsir edir.

Təsəvvür edin ki, hipnozçu qarşısıındakı adama deyir: Sizin üçün ancaq mənim şəxsiyyətim realdır,qalan hər şey, hər hərəkət, ümumiyyətlə,bütün dünya xəyaldır, illüziyadır. Stalin repressiyaları SSRİ-də Stalin dövründə (1924-1953) həyata keçirilən kütləvi siyasi repressiyalardır.

İosif Vissarionoviç Stalinin ölümü

1953-cü il martın 5-də Stalin beyninə qan sızmasından vəfat etmişdir.Belə bir versiya da mövcuddur ki, Lavrenti Beriya və Nikita Sergeyeviç Xruşov ona kömək etməməklə onun ölümünə səbəb olmuşlar.

1953-cü il martın 5-də Stalinlə vida mərasimi zamanı külli miqdarda insan onunla vidalaşmaq istədiyindən basabas yaranır.O zaman həlak olanların sayı hələ də məlum deyil, lakin ölən kifayət qədər çox olmuşdur.Bu hadisə cəlladına aşiq olmuş insanların faciəsi idi. Sovet təbliğatı 1924-cü ildən Stalin ətrafında yarı-ilahi böyük rəhbər siması yaradaraq onun şəxsiyyətinə pərəstişi Sovet İttifaqında rəsmi ideologiyaya çevirmişdilər.

Mircəfər Bağırovun həbs olunması və güllələnməsi.

Mircəfər Bağırov 1955-ci ildə həbsə alınıb, istintaqa cəlb olunmuş, Bakıda 12-26 aprel 1956-cı il tarixində keçirilmiş məhkəmənin hökmü ilə ən ağır cəzaya-güllələnməyə məhkum edilmiş və rəsmi məlumatlara görə hökm yerinə yetirilmişdir. Mircəfər Bağrovun məhkəməsi indiki “Şəhriyar” klubunda keçirilmişdir. Nürnberqdə SSRİ-nin nümayəndəsi olmuş prokuror Rudenko onun məhkəməsini aparmışdır.Mircəfər Bağırovun bağışlanmaq haqqında sovet rəhbərliyinə müraciətləri rədd edilmişdir, lakin Sov.İKP MK siyasi bürosu iclaslarının sənədlərindən aydın olur ki, beynəlxalq vəziyyət mürəkkəb olduğundan Mikoyanın təklifi ilə bu qərarın icrası iki il dayandırılmışdır. Bununla belə, Azərbaycana güllələnmə haqqında qərarın qüvvədə qaldığı bildirilmişdir.Mircəfər Bağırovun Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövr (1933-1953) XX əsr Azərbaycan tarixinin ən ziddiyyətli və ən çətin dövrlərindən birini təşkil edir.İsveçli politoloq Svante Kornel onu “azərbaycanlı Stalin”, sovet-rus filosofu və tarixçi Dimitri Furmanov isə onu “azərbaycanlı Beriya “ adlandırdı.

Son.


MANŞET XƏBƏRLƏRİ