“Azərbaycan 300 min məcburi köçkünü mənzillə təmin edib”.
Turkustan.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Qlobal Koalisiyaların Mərkəzində Mənzil” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistanın Azərbaycanın ərazilərini işğalı zamanı ölkə ciddi mənzil problemləri ilə üzləşmişdi:
“Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb, 300-dən çox yaşayış məntəqəsi və kənd ciddi zərər görüb.
Azərbaycan hökuməti məcburi köçkünlər və qaçqınlar üçün mümkün olan bütün dəstəyi göstərdi, onlara sığınacaq, əlçatan və münasib qiymətli ərzaq təminatı və digər sosial xidmətlər təqdim etdi.
Hazırda təxminən 1,5 milyon mina və digər partlayıcı qurğuların mövcudluğu təhlükəsizliyi ciddi şəkildə risk altına alır. Buna görə də ərazidə genişmiqyaslı minatəmizləmə əməliyyatları da aparılır”./Globalinfo.az