BƏƏ 10 günlük viza məhdudiyyətini aradan qaldırdı


İsrail ordusu atəşkəsə baxmayaraq Livana hava hücumlarını davam etdirir.

Turkustan.az xəbər verir ki, bu gün İsrailin həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Aprelin 17-də qüvvəyə minən və mayın 17-dən etibarən daha 45 gün uzadılan atəşkəs rejiminə baxmayaraq, İsrail ordusunun Livana zərbələr endirməyə davam etdiyi bildirilir.

Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Tir vilayətinin Deyr Qanun ən-Nəhr qəsəbəsini hədəfə alıb.

Hücum nəticəsində qadın və uşaqlar da daxil olmaqla 10-dan çox insan yaralanıb. Dağıntılar altından dörd nəfərin meyiti çıxarılıb. Hazırda axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işləri davam edir.

Məlumata görə, İsrail ordusu Tir bölgəsində yerləşən Hanavay şəhərinə də hava zərbəsi endirib. Bir evin hədəfə alınması nəticəsində iki nəfərin yaralandığı bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ