Çində böyük qızıl yataqlarının aşkarlanması ilə bağlı xəbərdə bildirilir ki, alimlər yerin altında “sonsuz” sayılacaq qədər böyük qızıl ehtiyatı tapıblar.
Turkustan.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ölkənin şimal-qərbində yerləşən yataqda min tondan çox qızıl olduğu ehtimal edilir. Çinli mütəxəssislər bunun dünya miqyasında ən iri ehtiyatlardan biri ola biləcəyini deyirlər.
Xəbərdə qeyd olunur ki, yeni texnologiyalar sayəsində əvvəllər çıxarılması mümkün olmayan dərin qatlara çatmaq mümkün olub. Araşdırmalar nəticəsində yerin çox dərin hissələrində yüksək miqdarda qızıl izlərinə rast gəlinib və hasilat işlərinin genişləndirilməsi planlaşdırılır.
Mütəxəssislər hesab edir ki, bu kəşf Çinin qızıl bazarında mövqeyini daha da gücləndirə bilər. Hazırda Çin həm qızıl istehsalında, həm də istehlakında dünyanın aparıcı ölkələrindən biridir. /Musavat.com/